Newcond - kondisioner, ventilyasiya və istilik sistemləri mağazası

NEWCOND şirkəti öz fəaliyyətinə 1995 –ci ildən, Nizami küç. 121 ünvanında yerləşən kiçik bir mağazada Aftron və National kondisionerlərinin satışından başlamışdır. Azərbaycanda həmin dövrdə split kondisionerlərin satışı ilə cəmi bir neçə şirkət məşğul olurdu və getdikcə bu kondisionerlərə tələbat artırdı. 1997 –ci ildən NEWCOND şirkəti Yaponiyanın məşhur brendi olan Mitsubishi Electric kondisionerlərinin satışına başladı və müştərilərin etimadını qazanaraq Azərbaycanın kondisioner bazarında öz yerini tutdu. Təsadüfi deyil ki, 15 ildən çox müddətin keçməsinə baxmayaraq, 1997-ci ildə satılan Mitsubishi Electric kondisionerləri bugünədək müştərilərin istifadəsindədir. Buna səbəb Mitsubishi Electric kondisionerlərinin keyfiyyəti və NEWCOND şirkətinin yüksək səviyyədə servis xidmətidir.
Web sayt:
newcond.az