Ailəm.az - azərbaycanda yeni internet resurs

Azərbaycanda yeni internet resurs fəaliyyətə başlayır. ailəm.az saytı 2013-cü il sentyabrın 12-dən istifadəçilərin ixtiyarındadır. Portal Lent.az İnformasiya Agentliyinin nəzdində fəaliyyət göstərir. Portalda Böyüklər üçün, Uşaq, Ev, Mətbəx, 36.6 (sağlamlıq), Dəb və Əyləncə bölmələri olacaq. Burada ailə institutunun müxtəlif aspektləri, bu mövzuda yerli və dünya mediasında dərc olunmuş faydalı araşdırmalar və məsləhətlər, habelə, uşaq oyunları, böyüklər üçün psixoloji testlər, intim həyata dair materiallar, sevgi münasibəti ilə bağlı müxtəlif yazılar yer alacaq. Uşaq bölməsində valideynlər övladların təlim-tərbiyəsi, qidalanması, gigiyenası ilə bağlı yazılar toplanacaq. Uşaqlar müxtəlif maraqlı oyunlar oynaya biləcək. İstedadlı balalar isə öz bacarıqlarını bölüşəcək, şeirlərini, hekayələrini, rəsmlərini təqdim edə biləcəklər. 36.6 bölümündə müxtəlif sahələr üzrə ixtisaslaşmış həkimlər, eləcə də bütün bölmələrə uyğun mütəxəssislərlə interaktiv əlaqə qurulacaq, oxucular onlara suallarla müraciət edib cavab və məsləhət ala biləcəklər. Mətbəx bölümündə yemək və içmək barədə, Ev bölümündə dizayn, təmir, məişət texnikası və bağçılıq kimi maraqlı mövzulara toxunulacaq. ailəm.az ailəmizin ən yaxın dostu olacaq.
Web sayt:
ailem.az