Milk - pro mmc

Milk — Pro MMC 1991 – ci ildə tibbi — bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilmişdir. İlk əvvəllər şirkət müalicəvi- diyetik süd məhsulları (bifido və laktobakteriya əsasında) istehsalı üzrə ixtisaslaşmışdı. Əlbəttə bu addım qabaqcadan düşünülmüşdü. SSRİ-nin dağılmasından sonra Azərbaycan ərazisində ortaya çıxan hərbi münaqişələr ilə əlaqədar olaraq ölkədə dərman çatmamazlığı və sanitar-gigiyenik tələblərin pozulması, qaçqınların köçdüyü ərazidə dizbakterioz epidemiyası təhlükəsini yaradırdı. Fəxrlə qeyd edə bilərik ki, o dövrdə, məhz Milk — Pro MMC — nin məhsulları bu problemlə mübarizədə əvəzsiz rol oynayırdı.
Web sayt:
mpro.az