Avrora firması - makaron, biskvit istehsalı

AVRORA firması 2000-ci ilin avqust ayından etibarən Bakı şəhərində fəaliyyətə başlamışdır. AVRORA firmasının əsas istehsal sahələrindən biri makaron fabrikidir. Xammaddə və istehsal texnologiyasının yüksək olmasının rəqabətə davamlı məhsul istehsalının əsasını təşkil etdiyini yaxşı bilən firma rəhbərliyi tərəfindən bu sahəyə makaron istehsalı texnologiyasında öndə olan İtaliyadan alınan ən son avadanlıqlar cəlb edilmişdir. Firmamızda istehsal olunan makaronlar, bu sektorda dünya lideri olan İtaliyadakı makaron istehsal tipiylə eynidir. Qeyd etmək lazımdır ki, firmamızda aparıcı makaron brendi Doymak məhsuludur. Ümumiyyətlə bundan başqa digər makaron brendlərimiz bunlardır: Pastelli, Tanelli, Pasta Max, Lyubimıy, Luxe. AVRORA firması həmçinin biskvit və peçenye məhsullarının istehsalı,pərakəndə və topdan satışı ilə məşğul olur. Biskvitli məhsullarımız əsasən Barovski brendi adı altında müxtəlif adlarda – Amor, Ziq- Zaq, Kvadrat Cemli, Viktoriya, Alman Pryaniki, Molli, Kokoslu, Cemli qat-qat, Vanilli Suşki. Biskvitli məhsullar istehsal xətti dünya standartlarına cavab verən ən müasir texnologiyalarla təchiz olunmuşdur.
Web sayt:
avrora.az