Alfa sığorta asc

100 % səhmdarı bank technique asc olan alfa sığorta asc 1997 ci ildə fəaliyyətə başlamışdır. Sığortanın 33 növü, o cümlədən 30 könüllü, 3 icbari sığorta növü üzrə xidmətlər göstərən alfa sığorta hal-hazırda azərbaycanın ən dinamik inkişafda olan sığorta şirkətidir. Təkcə 2012 ci il ərzində alfa sığorta asc – öz nizamnamə kapitalını artıraraq 4.75 mln manatdan 7.78 mln manata çatdırmışdır. Hal-hazırda şirkət təqdim etdiyi avtomobil, əmlak, yük, fərdi qəza, səyahət, tibbi, kənd təsərrüfatı, məsuliyyət, maliyyə riskləri və s. kimi onlarla sığorta növləri üzrə fəaliyyət göstərir. 2012 ci ilin 2 – ci yarısında alfa sığorta respublika üzrə 8 regional nümayəndəliyi fəaliyyətə başlamışdır.
Web sayt:
alfa.az