Kaspi təhsil sirkəti

Kaspi Təhsil Şirkəti olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Kaspi Təhsil Şirkətinin hədəfi Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən yüksək keyfiyyət standartlarlı və eyni zamanda milli dəyərlərimizə yüksək hörmət və ehtiram əsasında fəaliyyət göstərən bir təhsil kompleksi qurmaqdır.
Web sayt:
kaspi.edu.az