Dahi tədris mərkəzi

Dahi şirkəti 1999-cu ildə təsis edilmişdir. Hazırda fəaliyyətimiz yeni proqramların işlənib hazırlanmasına, treninqlərin və ixtisaslaşdırılmış kursların aparılmasına, kompyuter texnologiyaları və İnternet sahəsində layihələrin həyata keçirilməsinə, eləcə də ölkədə təhsilin və maarifləndirmənin səviyyəsini artırmaq üçün humanitar aksiyaların təşkil edilməsinə yönəldilmişdir. Təsis edildiyi gündən şirkət fəaliyyətini və təklif etdiyi xidmətlərin siyahısını tez bir zamanda və uğurlu şəkildə genişləndirmişdir.
Web sayt:
dahi.az