Azərbaycan cimərlik futbolu federasiyası

Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) öz fəaliyyətinə 2008-ci ildən başlayıb. Gənclərimiz arasında bu idman növünə marağın artırılması və onun daha da inkişaf etməsi üçün Azərbaycan Çimərlik Futbolu Federasiyası — AFFA, ASFF, ARFF, AŞRFF, ACRFF, ATFF, BŞQİBİ və BKQFF dəstəyilə “Xəzər kuboku“, «Gənclik kuboku» — Ali Təhsil müəssisələri arasında ölkə çempionatı, “Dalğa”, «Media Kuboku» və “Respublika Kuboku” turnirləri keçirilmişdir. Qeyd etmək lazımdır ki, sözügedən turnirlər hər il keçirilir. Turnirlər bir neçə ardıcıl mərhələlərdən ibarətdir. “Respublika Kuboku” turnirinin regional seçmə mərhələləri keçirilir (Bakı, Sumqayıt və Lənkəran şəhərlərinin birincilikləri, Bakının kənd və qəsəbələrini təmsil edən komandalar arasında, işxal olunmuş rayonların arasında, şimal və cənub zonalarının seçmə mərhələri). Qeyd etmək lazımdır ki, 2008-2010 illərdə ölkəmizdə keçirilmiş turnirlərdə 200-dən çox yarıpeşəkar və həvəskar komandalar iştirak etmişdir.
Web sayt:
beachsoccer.az