Azərbaycan velosiped idmanı federasiyası

Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, «Neftçi» İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, «Lokomotiv» İdman Cəmiyyətində və «Sərhədçi» İdman Olimpiya Mərkəzində inkişaf etdirilir. Federasiyamız ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir. Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülmüş Azərbaycan İstedadları Proqramı layihəsi velosipedçi idmançıların dəstəklənməsini nəzərdə tutur. Bu proqramın əsas məqsədi velosipedçi idmançılara müxtəlif yarışlarda, dünya və Avropa çempionatında, Olimpiya Oyunlarında uğur qazanmaq üçün onların idman karyerasına dəstək olmaqdan ibarətdir. Velosipedçi idmançılar bu məqsədə nail olmağa can atmalıdırlar.
Web sayt:
avif.az