Qaradağ rayon gənclər və idman baş idarəsi

Qaradağ rayon gənclər və idman İdarəsi 30 noyabr 1994-cü ildən fəaliyyət göstərir. SSRİ dövründə bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən komitə və qurumların varisi kimi hazırda gənclərlə iş sahəsində dövlət siyasətini həyata keçirən qaradağ rayon gənclər və İdman İdarəsi fəaliyyətində azərbaycan respublikasının konstitusiyası ilə yanaşı azərbaycan respublikası prezidentinin fərman və sərəncamlarını, gənclər və idman nazirliyinin kollegiyasının qərarlarını, əmr, sərəncam və digər normativ-hüquqi aktlarını, nazirlər kabinetinin qərar və sərəncamlarını, bakı şəhəri və qaradağ rayonu icra hakimiyyətlərinin qərar və sərəncamlarını rəhbər tutaraq, öz işini yerli icra hakimiyyəti, bələdiyyə orqanları, hüquq-mühafizə orqanları, hökumət və qeyri-hökumət orqanları, idman federasiyaları və cəmiyyətləri, habelə digər ictimai birliklərlə həyata keçirir.
Web sayt:
qaradag-gii.com