Bestcomp group şirkəti

1995-ci ildə yaradılmış BestComp Group şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir. Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group-un fəaliyyəti distribüsiya, layihə həlləri, kommunikasiya, şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir. Şirkətin Gürcüstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda biznes tərəfdaşları vardır. Gürcüstanda BestComp Georgia birgə müəssisəsini yaratmaqla, BestComp Group beynəlxalq bazarda fəaliyyətini daha da genişləndirdi. Bu gün BestComp Group Azərbaycanla yanaşı, Gürcüstanda və Orta Asiya respublikalarında müxtəlif İKT layihələrinin icrasında iştirak edir. Şirkət ABŞ-ın Azərbaycandakı ticarət palatasının üzvüdür.
Web sayt:
bestcomp.net