Novco şirkəti -yeni dəbli bəzək əşyaları və aksesuarlar mağazası

Novco şirkəti Metropark alış-veriş mərkəzində fəaliyyət göstərəcək növbəti, sayca dördüncü SIX mağazasının açılışını qeyd etdi. Mərkəzin birinci mərtəbəsində yerləşən yeni mağaza da, mövcud olan SIX mağazaları kimi brendin konsepsiyasına tam uyğundur. Şirkətin dizaynerləri dəbli tendensiyaları mütəmadi izləyərək onları yeni kolleksiyalarda əks etdirirlər, belə ki, bu mövsüm burada gözəl və parlaq bijuteriya, müxtəlif aksesuarların zəngin çeşidi təqdim olunub. Alman brendi SIX 1998-ci ildə təsis edilmiş və qısa bir zamanda Avropanın dəbli aksessuarlar bazarında aparıcı mövqe tutmuşdur. Vacib məqamlardan biri də, aksesuar və bijuteriya kolleksiyalarının tez-tez yenilənməsi və tamamlanması, eləcə də daimi müştərilərin sevincinə səbəb olan müvafiq qiymətlərin olmasıdır. Xatırladaq ki, şəbəkənin digər mağazaları Park Bulvar, Metropark, 28 Mall AVM-də, M. Rəsulzadə küç., 5 (BUM-la üzbəüz) ünvanında yerləşirlər.
Web sayt:
novco.com