Mcdonald’s azərbaycan

Azərbaycanda ilk McDonald’s restoranı 1999-cu il noyabrın 6-da ölkəmizin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açıldı. Elə ilk gündən restoran hər kəsin sevimli görüş yerinə çevrildi və bu ənənə indiyədək davam etməkdədir. Hazırda Azərbaycanda 8 McDonald’s restoranı fəaliyyət göstərir. 2009-cu ildə McDonald’s Azərbaycan özünün 10 illik yubileyini təntənəli surətdə qeyd etdi. Hal-hazırda McDonald’s restoranlarında 700-dən çox əməkdaş çalışır. Şirkətdə rəhbər vəzifələrdə çalışan şəxslər, eləcə də menecerlərin əksər hissəsi öz karyeralarına məhz McDonald’s-da sıravi işçi kimi başlamışlar. Belə uğurlu başlanğıcdan sonra ölkəmizdə McDonald’s Azərbaycan şirkətinin inkişaf edəcəyinə heç bir şübhə qalmadı. Biz çalışırıq ki, restoranlarımız müştərilərimizin ən sevimli məkanlarından biri olaraq qalsın. Bu məqsədə nail olmaq üçün ayrı-ayrılıqda hər birimizin və bütövlükdə sistemin fəaliyyəti şirkətimizin Dəyərlərini əks etdirməlidir.
Web sayt:
mcdonalds.az