Pit-stop kafelər şəbəkəsi

Pit-Stop kafelər şəbəkəsi 5 illik fəaliyyəti müddətində müştərilərinin etibarını və rəğbətini qazanmışdır. Bizim iş prinsipimiz müştəriləri kimyəvi əlavələrsiz, konservantsız, ekoloji cəhətdən təmiz qida məhsulları ilə hazırlanmış yemək növləri ilə təmin etməkdir. İstifadə olunan ərzaq xammalı, hazır məhsullarının mənşəyi, keyfiyyəti ilə tanış olmaq üçün kafe-də açıq mətbəx prinsipi tətbiq edilib (mətbəx zaldan şüşə vitrinlər vasitəsi ilə ayrılıb). Pit-Stop kafelər şəbəkəsinin fərqli cəhəti onun əsl xidmət keyfiyyətinə malik olmasıdır. Xidmət və qulluq keyfiyyətinin hər zaman yüksəkdə tutulması məqsədi ilə əməkdaşlarımız DAİR şirkətinin təşkil etdiyi «Masa Xidməti» və «Restoranın idarə edilməsi» mövzularında treninqlərdə iştirak ediblər.Bizim ərzaq təchizatçılarımız İSO – Standartlaşma üzrə Beynəlxalq Təşkilatdan sertifikat almış müəssisələrdir:
Web sayt:
pit-stop.az