Naxçıvan mr internet mərkəzi

İnternet Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 aprel 2010-cu il tarixli Sərəncamı ilə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmışdır. Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar respublika əhalisini internetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətləri göstərməkdir. Mərkəz yüksək keyfiyyətli internet xidmətləri, web səhifələrinn tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi və qurulması işlərini həyata keçirir.
Web sayt:
nakhinternet.az