İdman azərbaycan tv kanalı

İdman Azərbaycan ölkə idmanını dünyaya tanıdan kanaldır Müstəqil Azərbaycanın sosial-iqsitadi inkişafı digər sahələrin də inkişafına ciddi zəmin yaratdı. Xüsusən də, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin həyatın bütün sahələrinin inkişafı üçün məqsədyönlü siyasət yeritməsi Azərbaycanın hazırda dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Təbii ki, Azərbaycanda mövcud olan mövcud siyasi vəziyyət, stabillik, iqtisadi artım inkişafı zəruri edən amillərdəndir. Uzun illərdən bəri sübut olunmuş bir məfhum var – İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biridir. Məhz bu səbəbdən də Azərbaycan dövləti idmanın, xüsusilə də olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir.
Web sayt:
idmantv.az