Mingəçevir işıqları qəzeti

Mingəçevir işıqları qəzeti 1948-ci ilin fevralından çap olunur. Əvvəllər bu adda qəzet yerli hökumətə məxsus olub və 1991-ci ilin sonunda bağlanıb, 1999-cu ilin may ayından müstəqil nəşr kimi fəaliyyət göstərir. 2002-ci ildən regional nəşrə çevrilib. Elə həmin il poliqrafiya sexini, 2009-cu ildə Mingəçevir Media Mərkəzini, 2012-ci ilin mayında isə mi-news.az xəbər portalını açıb. Qəzet Azərbaycan Dövlət Əmlak Komitəsindən icarəyə götürdüyü 211 kv.metr qeyri-yaşayış sahəsini (Rəsul Rza küçəsi, 23 ünvanında yerləşir) 2007-ci ildə özəlləşdirib.
Web sayt:
mi-news.az